Azərbaycanı Naxçıvan və Türkiyəyə bağlayacaq dəmiryolu inşasına başlandı
Azərbaycan, Naxçıvan ve Türkiyə istiqamətində yeni bir logistik xətt üçün dəmiryolu inşa ediləcəyini elan etdi
Milli Müdafiə Naziri Hulusi Akarı qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev, keçirilən birgə mətbuat konfransında, dəmiryolunun Horadiz qəsəbəsindan Zəngilana qədər uzanacaq bir xətt üzərindən planlandığını söylədi.
Dəmiryolunun inşasının ən çox 2 il davam edəcəyini bildirən prezident, "Ancaq bu tarixi gözləməyimizə ehtiyac yoxdur və malların Horadizə qatarla, ordan da tırlarla daşınabiləcəyini düşünürük" dedi.
Azərbaycan və Ermənistan arasındakı hərbi əməliyyatlara son verən və 10 noyabrda imzalanan bəyannaməni xatırladan Əliyev, "Beləliklə anlaşmanın önəmli bir hissəsi olan Naxçıvan Koridorunun açılışı həyata keçiriləcək" dedi.