Türkiyə-Rusiya(Gürcüstan-Azərbaycan-dan keçməklə) marşurutu üzrə sərhəd məntəqələrində yaranmış uzun sıraların qısa zamanda həlli gözlənilir

Türkiyə-Rusiya(Gürcüstan-Azərbaycan-dan keçməklə) marşurutu üzrə sərhəd məntəqələrində yaranmış uzun sıraların qısa zamanda həlli gözlənilir

Türkiyə-Rusiya(Gürcüstan-Azərbaycan-dan keçməklə) marşurutu üzrə sərhəd məntəqələrində yaranmış uzun sıraların qısa zamanda həlli gözlənilir

   Artıq 2 aya yaxındır sərhədlərdə yaranmış uzun növbələr Rusiya və Türkiyə arasında baş tutmuş anlaşmaya uyğun olaraq öz həllini tapmaq üzrədir.

   Qərbin sanksiyaları səbəbindən logistik böhran yaşayan Rusiya alternativ yolların axtarışındadır. Belə ki, Rusiya Novorossiskiy limanı ilə İstanbul arasında yeni Ro-Ro xəttinin fəaliyyətə başlayacağını açıqladı. Sərhəd qapılarında əziyyət çəkən daşıyıcılar bir müddətdir ki, bu xəttin aktuallığını vurğulayırdılar.

   Novorossisk Limanı ilə İstanbul arasında Ro-Ro xəttinin açılması böyük əhəmiyyət kəsb edir. Çünki Rusiya-Ukrayna müharibəsi Türkiyədən bölgəyə daşımaları da pozdu. Türkiyədən Rusiyaya ixracın 50 faizindən çoxu avtomobil yolu ilə həyata keçirilir. Müharibədən əvvəl bu daşımaların təxminən 60 faizi Ukrayna ərazisindən keçirdi. Ukraynaya daşınma Ro-Ro ilə həyata keçirilirdi. Müharibə səbəbindən Ukrayna xətti bağlandıqda isə demək olar ki, bütün daşınma həcmi alternativ marşrut olan Gürcüstan və Azərbaycan xəttinə yönəldi.

  Bundan əlavə, Orta Asiyaya daşınan yüklər də bu marşrutdan istifadə edilməklə daşınır. Eyni zamanda, gəmi şirkətləri də müxtəlif səbəblərdən müharibə bölgəsinə səfər etmək istəmədiyi üçün dənizdən quruya yönlənən yüklər də var. Lakin bu marşrut üzrə sərhəd keçid məntəqələrinin tutumu yetərli qədər olmadığından marşurut üzrə bəzi sərhəd məntəqələrində 10 kilometrlik növbə yaranıb və 40 gündən çox gözləmələr olub. Nəqliyyatçılar vurğulayırlar ki, yoldakı problemlərin aradan qaldırılması üçün ən qalıcı həll Ro-Ro xətləridir.

   Novorossisk limanına Ro-Ro xəttinin açılması nəqliyyatçıların sərhəd məntəqələrində yaranmış sıxlıqla bağlı şikayətlərinin aradan qaldırılmasında mühüm addım olacaq.

Paylaş