Naxçıvan Koridoru Beynəlxalq Ticarət Həcmini Artıracaq

Naxçıvan Koridoru Beynəlxalq Ticarət Həcmini Artıracaq

Naxçıvan Koridoru Beynəlxalq Ticarət Həcmini Artıracaq

Qazaxıstanlı iqtisadi ekspert Saparbay Jubayev, "Total Express" şirkətinin mətbuat xidmətinə  verdiyi açıqlamada, yeni yaradılacaq Naxçıvan Koridorunun Orta Asiyanın geostrategik önəmini artıracağını söylədi.

Jubayev, Qazaxıstanın, dünyanın en büyük əraziyə malik olan ölkələrdən biri olduğunu qeyd edərək bildirdi ki, Naxçıvan Koridoru vasitəsilə ölkələrin tranzit imkanları çeşidlənə bilər.

Qazaxıstanla Azərbaycanın Xəzər Dənizində qarşılıqlı yük gəmilərini qəbul edəbiləcək imkanda limanları olduğunu qeyd edən Jubayev, “Biz, beləliklə, Avropa və Çindən gələn yükləri Rusiya və ya İrana ehtiyac olmadan öz aramızda birbaşa çatdırma imkanına sahibik.” dedi.

Jubayev, Qazaxıstanın hal-hazırda Rusiya ərazisindən, həmçinin Bakı-Tiflis-Qars dəmiryolu ilə Avropaya yük daşıdığını bildirib. “Naxçıvan Koridoru ilə Türkiyə-Azərbaycan-Qazaxıstan arasında 'qardaş ölkələr yolları' təşkil edilə bilər. Beləliklə Türkiyənin Orta Asiya və Çinə çatımlılığı daha da artacaq. Bizim də Türkiyə ərazisindən Aralıq dənizi və Avropaya çıxış yolumuz şaxələnəcək. Ən əsası da Türk dövlətləri arasında qarşılıqlı gediş-gəliş artacaq.” deyə qeyd etdi.

Çinin quru yolu yükünün yüzdə 50-si və dəmir yolu yükünün ise yüzdə 10-unun Qazaxıstan ərazisindən Avropaya daşındığını bildirən Jubayev, “Hal-hazırda Çinin  Avropaya malları əsasən Rusiya ərazisindən daşınır. Amma Bakı-Tiflis-Qars dəmir yoluna alternativ bir logistik xəttin açılması vəziyyəti dəyişdirə bilər.” dedi.

Jubayev, Naxçıvan Koridorunun açılması bölgənin turizm sektoruna da böyük ölçüdə təsir edəcək deyə əlavə etdi.

Paylaş