Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınan yüklərin həcmi açıqlanıb

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınan yüklərin həcmi açıqlanıb

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınan yüklərin həcmi açıqlanıb

İki il əvvəl istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti (BTQ) vasitəsilə ötən müddət ərzində 275 min ton yük daşınıb. Gürcüstan bürosu xəbər verir ki, bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan Anadolu Agentliyinə açıqlamasında bildirib. BTQ-nin Avropa ilə Orta Asiya, Çin və Yaxın Şərq arasında daşımalarda ən etibarlı və əlverişli istiqamətə çevirdiyini deyən nazir qeyd edib ki, Qazaxıstanla Türkiyə arasındakı 4 min 700 kilometrlik məsafədə həyata keçirilən daşımaların Xəzər dənizindəki vəziyyətə görə 180 saat ərzində başa çatdırılması mümkün hala gəlib.

BTQ vasitəsilə Türkiyə-Azərbaycan-Qazaxıstan arasında həftədə 3 yük qatarının hərəkət etdiyini nəzərə çatdıran M.C.Turhan Türkiyənin xətt vasitəsilə əks istiqamətdə də öz ixracatını artırmağı hədəflədiyini qeyd edib: "BTQ vasitəsilə daşınan yüklərlə əlaqədar gömrük əməliyyatlarının icra edilməsinin sadələşdirilmiş üsulla 24 saatdan 10-15 dəqiqəyə endirilməsi digər ölkələr tərəfindən də nümunə götürülür. BTQ vasitəsilə Rusiyanın iştirakı ilə yeni Şimal-Cənub dəhlizi yaradılıb. Bu koridordan İsgəndəruna müntəzəm polad mallar daşınmasına başlanılıb. Türkiyə, Azərbaycan və Rusiya arasında imzalanan "BTQ Dəmiryolu Marşrutu üzrə Əməkdaşlığa dair Anlaşma Memorandumu"na əsasən Rusiyadan xətt vasitəsilə qısa müddətdə 1 milyon, orta müddətdə isə 3-5 milyon ton kömür, taxıl və metal daşınması nəzərdə tutulub. Cümə axşamı ölkəmizə daxil olan 42 vaqonluq Çin-Avropa qatarı ilə tarixdə iki ilkə imza atılıb. Birincisi, bu, Çindən Avropaya "Orta Koridor" Dəmir İpək Yolu vasitəsi ilə hərəkət edən ilk qatardır, ikincisi, Marmaray tunel keçidi vasitəsilə Avropaya keçən ilk beynəlxalq yük qatarıdır".

Paylaş