Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edəcək Türkiyənin ikinci ixrac qatarı Çinə doğru yola düşüb

 Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edəcək Türkiyənin ikinci ixrac qatarı Çinə doğru yola düşüb

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edəcək Türkiyənin ikinci ixrac qatarı Çinə doğru yola düşüb

Türkiyədən Çinə ixrac yüklərini daşıyan ikinci qatar dekabrın 20-də yola düşüb.

''Total Express" xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Məlumatda qeyd edilir ki, Tekirdağın Çerkezköy rayonunda yola düşən 42 vaqon-konteynerdən ibarət 770 metr uzunluğu olan qatarda 1400 dondurucu yerləşdirilib.

Dekabrın 21-də səhər saatlarından İstanbulun iki qitəsini birləşdirən Marmaraydan keçən qatar İzmit vilayətinə çatıb. Burada gömrük işləri tamamlanan qatar yoluna davam edib.

Türkiyənin Asiya ilə Avropa arasındakı tranzit nəqliyyatı mərkəzinə çervilməsinin ən vacib nümunəsi olduğu vurğulanan qatarın İstanbul (Marmaray)-İzmit(Köseköy)-Əskişəhər-Ankara-Kırıkkale-Sivas-Ərzincan-Ərzurum-Kars vilayətlərindən keçərək Axalkalaki stansiyasından ölkə xaricinə çıxacağı, sonra isə Gürcüstan-Azərbaycan-Xəzər dənizini keçməklə Qazaxıstana, oradan da Çinin Sian şəhərinə çatması planlaşdırılır.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Transxəzər “Şərq-Qərb” dəhlizi vasitəsilə Çin istiqamətində hərəkət edən qatar 2 qitə, 2 dəniz və 5 ölkədən keçəcək. Türkiyədən Çinə ilk ixrac qatarı bu il dekabrın 19-da təyinat nöqtəsi olan Sian şəhərinə çatıb. Qatarın operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – “ADY Konteyner” (Azərbaycan), “KTZ Express” (Qazaxıstan), “GR Logistics” (Gürcüstan) və “Pasifik Eurasia Logistics” (Türkiyə) şirkətidir.

Bu qatarlar 2021-ci ildən başlayaraq, ayda 2 dəfə olmaqla müntəzəm olaraq hərəkət edəcək.

Paylaş